
Məlumatda deyilir
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə məskunlaşma prosesi davam edir.

Lakin bu ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də qalmaqdadır.
Bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırırıq.

Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

Xəbərdarlıq nişanlarına diqqət edin;

Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın;

Yalnız gündəlik işlək yollardan istifadə edin;

Naməlum əşyalara toxunmayın.
Subyekt.az