![]()
Ukraynada Azərbaycan vətəndaşlarının bank kartlarından qanunsuz yollarla pul vəsaitlərinin ələ keçirilməsi ilə məşğul olan beynəlxalq kiberdələduzluq şəbəkəsinə qarşı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində kiberdələduzluq fəaliyyətində istifadə olunan “Call center”lərə zərbə endirilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) əməliyyatla bağlı rəsmi məlumat yayıb.
Məlumata əsasən, beynəlxalq xarakter daşıyan kiberdələduzluq şəbəkəsinin fəaliyyətinin ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Hadisə Azərbaycan vətəndaşlarının bank kartlarının kiberdələduzluq yolu ilə talanması probleminə qarşı mübarizənin beynəlxalq müstəvidə əhəmiyyətini bir daha gündəmə gətirir.
Əməliyyatın təfərrüatları, saxlanılan şəxslər və şəbəkənin fəaliyyət mexanizmi ilə bağlı əlavə məlumatların Daxili İşlər Nazirliyi tərəfindən açıqlanacağı gözlənilir.
Mövzu ilə bağlı geniş məlumatı təqdim edəcəyik.
Subyekt.az