![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhərinin Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Sülh küçəsi, 35 ünvanında keçirilən qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, qaldırılan məsələlər müzakirə olunub və müvafiq hüquqi izahatlar verilib.
Müraciətlər əsasən məşğulluq, bank məsələləri, mülkiyyət problemləri, əfv, sosial təminat və digər mövzularla bağlı olub.
Qaldırılan məsələlərin bir qismi qəbul zamanı həllini tapıb. Əlavə araşdırma tələb edən müraciətlərlə bağlı isə qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi bildirilib.
Eyni zamanda, vətəndaşların müraciətlərinin aidiyyəti dövlət qurumlarına çatdırılması və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Subyekt.az