![]()
Deputat Azər Allahverənov Pirşağı qəsəbəsində növbəti vətəndaş qəbulunu keçirmişdir
25 İyun 2025-ci il tarixində Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Pirşağı qəsəbəsində növbəti vətəndaş qəbulunu keçirib. Qəbullar Pirşağı qəsəbəsi üzrə inzibati ərazi dairəsi nümayəndəliyində və Pirşağı Bələdiyyəsində təşkil olunub.
Hər iki görüş zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən məsələlər, o cümlədən infrastruktur, məşğulluq, sosial rifah və hüquqi dəstəyə ehtiyac duyulan sahələr ətrafında geniş müzakirələr aparılıb. Deputat Azər Allahverənov Pirşağı icra nümayəndəliyinin və bələdiyyənin səlahiyyətli nümayəndələri ilə birgə sakinləri narahat edən məsələlərin operativ həlli yollarını müzakirə etmişdir.
Görüşlərin məqsədi yerli səviyyədə qaldırılan problemlərin daha dərindən öyrənilməsi və müvafiq qurumlar qarşısında onların həlli ilə bağlı məsələ qaldırmaq olub.


Milli Majlis
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
#PIRŞAĞI #vətəndaşqəbulu
Subyekt.az