![]()
Dekabrın 3-də SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu və Karyera Sərgisinin açılış mərasimi baş tutub
Tədbirin açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev əmək bazarı ilə daha interaktiv əlaqələrin qurulmasının önəmini vurğulayıb. Daha sonra Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli öz çıxışında SABAH məzunlarının məşğulluq göstəriciləri barədə tədbir iştirakçılarına məlumat verib.
Forum “SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi” mövzusunda panel sessiya ilə davam edib. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin moderatorluğu ilə keçirilən panel sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, millət vəkili, Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış ediblər.
Daha sonra panel müzakirələr “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-Sənaye əməkdaşlığı” və “Uzaqları yaxın edən SABAH!” mövzuları üzrə davam edib.
Qeyd edək ki, iki gün davam edəcək forumun təşkilində məqsəd “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması və tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.
Subyekt.az