![]()
Daxili İşlər Nazirliyinin göstərişi ilə Kəlbəcər Rayon Polis Şöbəsi Kəlbəcər Rayonunun Mozqaraçanlı kəndində meyvə ağaclarının və digər ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı prosessual araşdırmalara başlayıb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib. Qeyd edək ki, Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində ağacların kəsilməsi ilə bağlı Subyekt.az saytı 26 oktyabrda “Kəlbəcərin flora və faunasına qənim kəsilənlər” adlı məqalə-məlumat dərc edib. Yazıda ağacların kəsildiyi əks olunan videomaterial da verilib. Hüquq-mühafizə orqanlarına və digər aidiyyatı qurumlara ağacların kəsilməsi, təbiətə ziyan vurulması hallarına qarşı çox ciddi mübarizə aparılmasının vacibliyi barədə çağırış edilib. Daxili İşlər Nazirliyi məsələyə operativ reaksiya verib və Kəlbəcər Rayon Polis Şöbəsinə dərhal araşdırma aparılması tapşırılıb.
Subyekt.az