![]()
Gürcüstanın paytaxtı Tbilisidə 26 yaşlı müəllim Qiqa Avaliani şagirdləri tərəfindən amansızcasına döyülüb. Hadisə Temka rayonunda baş verib.
Gənc müəllim başından ağır zədələr alıb və bir neçə gün komada qaldıqdan sonra xəstəxanada dünyasını dəyişib.
Mərhumun anası sosial ş əbəkələrdə güclü emosional müraciət paylaşaraq cinayətkarların cəzasız qalmamasını tələb edib:
“Oğlumu 16–17 yaşlı uşaqlar öldürdülər. Əgər onları həbs etməsələr, sabah sizin övladlarınızı da öldürəcəklər”.
İlkin məlumatlara görə, insidentdə dörd nəfər iştirak edib, onlardan biri qız olub. Mübahisənin qısqanclıq zəminində yarandığı bildirilir.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işi açıb. 17 yaşlı bir nəfər saxlanılıb, lakin ailə bütün iştirakçıların cəzalandırılmasını tələb edir.
Subyekt.az