
Subyekt.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaziantep şəhərinin Şahinbey rayonunda qeydə alınıb.
İddiaya görə, məhəllədə bərbər işləyən Əhməd Dəmir 30 yaşlı həyat yoldaşı Əminə Dəmiri, 5 yaşlı qızı Azranı, 4 yaşlı oğlu Yusuf Eymeni, 11 yaşlı qızı Mədinəni və 6 yaşlı qızı Edanur Dəmiri silahla öldürüb.
Məlumata görə, kişi daha sonra eyni silahla həyatını sonlandırıb.
Hadisə yerinə çox sayda polis və tibbi qruplar cəlb edilib.
Subyekt.az