Evdə müntəzəm təmizlik işləri bəzən yorucu ola bilər. Xüsusilə pis qoxuları aradan qaldırmaq üçün çoxlu yuyucu vasitələrdən istifadə etməliyik. Bu, fiziki cəhətdən yorucu olmaqla yanaşı, sağlamlığımız üçün də çox zərərlidir.
Subyekt.az xəbər verir ki, bu yorucu proseslərə görə həyatınızı asanlaşdıracaq praktik üsullara ehtiyacınız olacaq.
Yeməklərə dad vermək üçün istifadə etdiyimiz dəfnə yarpağından bu dəfə təmizləyici vasitə kimi istifadə edəcəksiniz.
Dəfnə yarpağı ilə tətbiq edəcəyiniz bu üsul sizə inanılmaz rahatlıq bəxş edəcək. Çünki çoxumuzun evdə yaşadığı problemlərdən biri də pis qoxulardır. Payız və qış aylarında bu bəzən dözülməz hala gələ bilər. Bunun səbəblərindən biri də pəncərələrin bağlı saxlanmasıdır.
Bu proses üçün əvvəlcə tozsoranınızın filtrini və komponentlərini yaxşıca təmizləyib qurutmalısınız.
Tozsoranınızı qurudandan sonra bir neçə dəfnə yarpağı götürün, tozsoranınızın torbasına və ya toz qabına qoyun və “ovuşdurun”. Sonra tozsoranı yandırın və normal şəkildə istifadə edin. Yandırdıqda, havada xoş dəfnə yarpağı qoxusunu hiss edəcək və pis qoxulardan xilas olacaqsınız.
Subyekt.az