CNN İsrail əsgərləri tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın cəsədinin yarılmasına əsasən, qruplaşma liderinin başından güllə ilə vurularaq öldürüldüyünü iddia edib. B bu haqda oktyabrın 18-də İsrail Məhkəmə Tibb Mərkəzinin baş patoloqu Hen Kugel məlumat verib. “Ölümün səbəbi başından güllə yarası olub. Sinvarın başında güllə var və ağır kəllə-beyin travması alıb”, – CNN Kugelin sözlərindən sitat gətirib. Bundan başqa, məhkəmə-tibb eksperti əlavə edib ki, Sinvarın bədənində tank və ya raket mərmisinin partlaması səbəbilə onun üzərinə düşən beton divarlar və tavanlar nəticəsində digər ağır xəsarətlər aşkarlanıb.
Subyekt.az