![]()
5 may tarixində Milli Məclisin deputatı Ceyhun Məmmədov tərəfindən növbəti vətəndaş qəbulu təşkil olunub. Qəbul Biləsuvar rayonu ərazisində yerləşən 5 saylı Cəbrayıl qəsəbəsində baş tutub.
Subyekt.az xəbər verir ki, Görüş zamanı vətəndaşlar fərdi şəkildə qəbul edilərək onların müraciətləri, təklifləri və problemləri dinlənilib. Səsləndirilən məsələlər qeydə alınıb və onların araşdırılması, eləcə də həlli istiqamətində aidiyyəti dövlət qurumları qarşısında müvafiq addımların atılacağı bildirilib.
Qəbul çərçivəsində əsasən məşğulluq, sosial təminat, kommunal xidmətlər, mənzil-məişət şəraiti və digər sosial məsələlərlə bağlı müraciətlərə baxılıb. Vətəndaşlara mövcud qanunvericiliyə uyğun izahatlar verilib və mümkün həll yolları izah olunub.
Deputat qeyd edib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların qayğı və gözləntilərinin dinlənilməsi fəaliyyətin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, vətəndaş müraciətlərinə həssas yanaşma və operativ reaksiya dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır.
Bildirilib ki, bu cür görüşlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək və vətəndaşların qaldırdığı problemlərin həlli istiqamətində zəruri tədbirlər görüləcək.



















#MilliMəclis #CeyhunMəmmədov #Cəbrayıl #VətəndaşQəbulu
Subyekt.az