Skip to content
25 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Cənubi Qafqazda yeni reallıq
  • Xəbərlər

Cənubi Qafqazda yeni reallıq

23 Aprel 2024
WhatsApp Image 2024-04-23 at 13.00.26
4

Loading

Hamımıza məlum olduğu kimi, Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistanla razılıq Azərbaycan və Ermənistanın delimitasiyası üzrə komissiyaların aprelin 19-da iki ölkənin sərhədində keçirilmiş səkkizinci iclasının yekunlarına əsasən əldə olunub.

Azərbaycan və Ermənistan arasında işğal altındakı 4 kəndin azad olunması, həmçinin delimitasiya prosesi ilə bağlı əldə olunmuş razılaşma heç şübhəsiz tarixi əhəmiyyət kəsb edir. İşğal altında olan 4 qeyri-anklav kəndin bir güllə belə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması şübhəsiz ki, Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanan növbəti böyük qələbədir. Uzun müddətdir davam edən bu məsələnin qansız-qadasız həll olunması ölkə başçısının ən yüksək səviyyəli diplomatik məharətini nümayiş etdirir. Bu gün bu dörd kəndin Azərbaycanın nəzarətinə qayıtması son illərə dünyaya nümayiş olunan siyasi uzaqgörənliyin məntiqi yekunudur.

Xatırladm ki, Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu istiqamətdə ardıcıl iş aparılırdı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan çox mühüm addımdır. Bu çərçivədə ən mühüm məqamlardan biri də odur ki, delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə baş tutub.

Azərbaycan kəndlərinin qansız qayıdışı 2023-cü ilin sentyabrından sonra Azərbaycanın suverenliyinin tam bərpasının və Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının məntiqi sonluğudur. Dövlətimiz bir daha sübut etdi ki, siyasi, iqtisadi və hərbi üstünlüklərlə və eyni zamanda güc tətbiq etmədən istədiyi nəticələrə nail olmağ bacarır.

Bu razılaşmada ən vacib cəhətlərdən biri də o oldu ki, bu nəticələr məhz Azərbaycan və Ermənistan arasında ikitərəfli səviyyəsində aparılan danışıqlar nəticəsində əldə edildi. Bununla Azərbaycan regionda maraqlı olan kənar qüvvələrin hər hansı zərərli planların həyata keçirilməsinin qarşısını aldı. Bütün dünyaya nümayiş olundu ki, tərəflər müdriklik, güc və siyasi iradə nümayiş etdirməklə məsələləri hər iki tərəf üçün faydalı şəkildə həll etmək gücündədirlər.

Bölgədə sülhün bərqərar olması üçün həyati amil olduğunu daim irəli sürən Azərbaycanın diplomatiyası bir daha sübut etdi ki, Cənubi Qafqazda sülhün və rifahın bərqərar olması buda yaşayan xalqların öz əlindədir. Bu proseslər onu da göstərdi ki, sülh prosesi region dövlətlərinin özündən başqa heç kimə maraqlı deyil.

Azərbaycan kəndlərinin qaytarılması faktı onu da sübut etdi ki, nə Avropa İttifaqı, nə ABŞ, nə erməni lobbisi, nə də başqa hər kəs regionda baş verən proseslərə təsir edə bilər. Azərbaycana düşmən olan dairələrin Bakının guya Ermənistana hücum hazırlaması ilə bağlı bütün bəyanatlarının yalan və təxribat olduğu üzə çıxdı.

Kəndlərimizin qaytarılması Azərbaycan xalqının öz hüquqları uğrunda uğurlu mübarizə aparmasının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin qalibiyyətinin nümunəsidir. Dünya gördü ki, Azərbaycan bu gün regionda sülhün təminatçısı, stabilliyi qoruyan əsas faktordur və regiona digər dövlətlərin müdaxiləsi və vasitəçiliyi olmadan istənilən məsələni həll etmək gücündədir

Əminə Ağazadə,

Milli Məclisin deputatı

Subyekt.az

Continue Reading

Previous: ABŞ-dan inanılmaz: Mirzəyevə sanksiya təklif edilir!!!
Next: Narkotik vasitələr və psixotrop maddələr

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edib
  • 107 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı
  • Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi
  • 47 yaşlı Babək Səmədov saxlanılıb
  • 25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Mədəniyyət
  • Ölkə

Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edib

25 İyun 2026
730695916_1541382440824389_6950220559591680757_n
  • Kriminal
  • Ölkə

107 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı

25 İyun 2026
venesuela
  • Ölkə
  • Xəbərlər

Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi

25 İyun 2026
730498020_874476355710428_7241266504850006031_n
  • Kriminal
  • Ölkə
  • Xəbərlər

47 yaşlı Babək Səmədov saxlanılıb

25 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.