![]()
Onlar vətən üçün doğuldular!
Şəhidləri zamana, məkana bölməyin!
Bir məsələ bu gün adamı yamanca düşündürür. Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyib deyirik ki, burada da ayrı-seçkiliyə niyə başlamışıq?! Niyə 44 günlük Vətən müharibəsinin şəhidlərini başlayıblar TV-lərdə reklam eləməyə, lakin 1988-2020-ci illər ərzində canını bu Vətən üçün verən igidlərimizi yada salmırlar? Məgər unudulan Vətən oğullarının günahı idi ki, onlar şəhid ol-sunlar, torpaqları da düşmən işğal eləsin?! Bu nə ayrı-seçkilikdir?
Qazilərimiz də həmçinin, Dövlətimiz və onun başçısı, Ali Baş Komandanımız Vətən oğullarının rəşadətli əməyini daim yüksək tutur və bu günlərdə xarici və yerli KİV-lərə verdiyi möhtəşəm müsahibədə də bir daha onların diqqqət və qayğısı ilə daim məşğul olduğumuzu bildirdi. Qazilərmizlə, şəhid ailələri ilə vaxtaşırı görüşür və onların qayğısına qalmağı hər bir yerli icra məmurlarına tapşırır, özü nümunə göstərir. Bəs bizlər nə edirik? Sanki şəhidlərimizi də, qazilərimizi də bölürük. Belə olmaz. Sosial şəbəkələrdə şəhidlərimiz haqqqında iki kəlmə söz yazmırlar, şəkillərini paylaşıb deyirlər ki, bu şəhidin bacısının, qardaşının, anasının xahişidir ki, paylaşın, xalq tanısın! Atam, qardaşın, anam-bacım, YALAN deyirsiz! Heç bir şəhid ailəsi istəməz ki, bayağı şəkildə şəkil paylaşasınız. Özünüzə gəlin!
Bu, VƏTƏNPƏRVƏRLİK deyil. Bu, sizin özünüzün reklamınızdır, artistsayağı! Yetər! 1988-ci ildən üzübəri şəhidlər veririk. Birinin haqqında bir məqalə ilə çıxış edin! Yoxdur burada qələm adamları? Var! Ürəkləri ağrıyar axı, şəhiddən yazanda! Zülümdü bu barədə yazmaq! Ölüb-dirilməkdi, əslində, elə yazanlar özüləri də bir növ şəhid olurlar. Amma gedib şəhid ailəsinin ağlar gözlərini, tabutu çəkib burada yaymayın, ayıbdır! Bunu vallah şəhid ailəsi istəmir, sizlər edirsiniz. Bu təbliğat forması deyil! Ondansa elə tanıdığınız, baş çəkdiyiniz şəhid ailə-sindən öyrəndiklərinizi ətraflı yazıb bir məqalə paylaşın! Nə şə-hidin harada, nə vaxt döyüşməsi, şəhidlik məqamını yazırsız, nə də ailəsi haqqında. Bu nə demək?! Bu, nə şəhidlərimizə (ruhları qarşısında baş əyirik), nə də onların ailəsinə hörmət deyil!
44 günlük Vətən müharibəsində respublikamızın hər bölgəsində vətənpərvər igidlərimiz silaha sarılaraq, düşmənə öz layiqli yerinmi göstərdilər. Onları “İTİ QOVAN”la qovdular, lakin şəhidlərimiz də az olmadı. Qarabağımıza dinclik gətirmək üçün hər birimiz canımızdan keçəməyə hazır olduğumuzu bilirdik və bir daha bildirdik! Cənnət-məkanlarımızın arasında Kəlbəcərdə doğulmayan, Vətən uğrunda şəhid olan kəlbəcərlilərimiz də az olmayıb – 32 nəfər. Onların da hər biri haqqında bax beləcə ürəkgöynədən şəhid ağısı, portret oçerklər yazılacaq. Xahiş edirik ki, şəhidlərimiz haqqında ətraflı məlumatların toplanmasında iştirak edin! Deməyin ki, mən jurnalist deyiləm. Deyin ki, bu şəhid mənimkidir -Vətən oğludur!
Nəcmiyyə NATİQQIZI,
Ağstafa şəhəri, şəhid qızı
Subyekt.az