İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar Vaynhapu şəhərindən 142 km cənub-qərbdə qeydə alınıb. Tələfat və dağıntılarla bağlı məlumat yoxdur. Xatırladaq ki, martın 30-da da İndoneziya sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınmışdı.