İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda təhsil alıb. Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Yaradıcılığına “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə birlikdə), “İnsan məskən salır“ , “Arzu”, “Xəzər üzərində şəfəq” və digər əsərləri daxildir. Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” romanı dövrünün ən populyar əsərlərindən olub. İmran Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. “Onun böyük ürəyi”, “İnsan məskən salır“ və s. filmləri bu gün də sevilərək baxılır. İmran Qasımov Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb. Görkəmli yazıçı 1981-ci ildə vəfat edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi.
Subyekt.az