![]()
Hələ Musiqi Texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa edib. 1975-ci ildə ilk dəfə peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı ilə televiziyada “Mirzə Hüseyn” segahını ifa edib.
1992-ci ildən xanəndəlik fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Qəndab Quliyevanın tərəf-müqabili olaraq Məcnun rolunda çıxış edib. Teatrda on altı illik fəaliyyəti ərzində “Leyli və Məcnun”da İbn Səlam, Məcnunun atası rollarını da oynayıb, M.Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl, Z.Hacıbəylinin “Aşıq Qərib” operasında Şeyx, V.Adıgözəlovun “Natəvan” operasında Qarabağ xanəndəsi, R.Mustafayevin “Vaqif”ində xanəndə obrazlarını yaradıb. Bu illər ərzində onun ifasında xalq mahnıları və muğamlar lentə alınaraq televiziyanın “qızıl fond”una daxil edilib.
Görkəmli xanəndə Səfa Qəhrəmanov 2008-ci ildə vəfat edib.
Subyekt.az