![]()
1989-cu ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olan Sirac Abışov 4 iyun 2021-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. O, iyunun 5-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifəsini yerinə yetirən Abışov Sirac Abış oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sirac Abışovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, əziz xatirələrini dərin ehtiramla yad edirik!
Subyekt.az