![]()
Görkəmli alim, Azərbaycanın, Qafqazın və müsəlman şərqinin ilk akademik qadınlarından biri olan Püstə Əzizbəyova 1929-cu il dekabr ayının 29- da Bakı şəhərində general-mayor Əzizağa Əzizbəyovun ailəsində anadan olmuşdur. Məktəb təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinə daxil olmuş, buranı bitirdikdən sonra Azərbaycan SSR-də bir neçə mühüm vəzifə tutmuşdur, bunlardan başlıcası Azərbaycan Tarixi Muzeyinin Sovet tarixi şöbəsinin müdiri (1955-1961) və sonralar həmin muzeyi direktoru olması idi. Əzizbəyova, həmçinin Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. Püstəxanım Əzizbəyova (29 dekabr 1929 – 8 yanvar 1998) — Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. O, maarif adamı, mühəndis və peşəkər solçu inqilabçı Məşədi Əzizbəyovun nəvəsidir və babası haqqında bir neçə əsər də yazmışdır. Əzizbəyovanın tarixçi kimi fəaliyyətinin əsasını Azərbaycan Kommunist Partiyası və Azərbaycan Sovet Sosialist Respublikasının tarixi tutmuşdur. O bu mövzüların ən əsas tədqiqatçılarından birinə çevrilmiş, Azərbaycan tarixinin sosyalist inqilabçıları, o cümlədən də babası Məşədi Əzizbəyov haqqında əsərlər yazmışdır. Daha sonralar Sovet Qadınları Komitəsinin (1968) və Amerika Muzeyləri Assosiyasının (1964) üzvlərindən birinə çevrilmiş, “Şərəf Nişanı” ordeni ilə tərtif olunmuş, o cümlədən bir sıra əsəri SSRİ XTNS-nin qızıl və gümüş medallarına layiq görülmüşdür. O, 1998-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunub. Əzizbəyova bir neçə kino filminde kino məsləhətçisi və ya ssenarist kimi çıxış etmişdir. Filmoqrafiya: Bakı Komissarı Məşədi Əzizbəyov (film, 1975), Qızıl uçurum (film, 1980) İlk hücum (film, 1985) və s.kinofilimlərin baş məsləhətçisi olmuşdur.
Subyekt.az