
Bu gün axşam saatlarında Bakıda inanılmaz tıxac olub. Bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. Bundan başqa, axşam saatlarında metronun “20 Yanvar” stansiyasından Sumqayıt istiqamətində də həmişəkindən fərqli olaraq, daha böyük tıxac yaranıb. Bu səbəbdən sürücülər yolda xeyli vaxt itirib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə mərkəzindən bildirilib ki, hazırda bu yollarda sıxlıq müşahidə edilir:
- Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
2.Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
3.Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
4.Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir
Subyekt.az