![]()
Bu gün Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, karikaturaçı rəssam Əzim Əzimzadənin anadan olmasının 146 ili tamam olur.
Əzim Əzimzadə 7 may 1880-ci ildə Bakının Novxanı kəndində anadan olub. O, Azərbaycan karikatura sənətinin banisi kimi tanınır və yaradıcılığı boyu satirik qrafika, karikatura və illüstrasiya sahəsində mühüm fəaliyyət göstərib.
Rəssam “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyyət”, “Baraban” və digər satirik jurnallarla əməkdaşlıq edib, sosial bərabərsizlik, savadsızlıq və köhnə adətlərə qarşı yönələn əsərləri ilə tanınıb. “Kasıbların toyu”, “Varlıların toyu”, “Köhnə və yeni arvad”, “Molla Nəsrəddin” jurnalındakı karikaturaları onun yaradıcılığında xüsusi yer tutur.
Əzim Əzimzadə həmçinin Mirzə Ələkbər Sabirin əsərlərinə çəkdiyi illüstrasiyalar və siyasi plakatları ilə Azərbaycan təsviri sənətinin inkişafına böyük töhfə verib. O, 1927-ci ildə “Azərbaycan SSR Xalq rəssamı” fəxri adına layiq görülüb.
Əzim Əzimzadə 15 iyun 1943-cü ildə Bakı şəhərində vəfat edib.
Subyekt.az