100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib
07 May 2026
“Artıq bir gündür ki, birinci sinfə elektron qəbul başlayıb və yüz minə yaxın uşaq qeydiyyatdan keçib”. Bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu, ciddi bir göstəricidir. Yüz minə yaxın uşaq artıq məktəbini və müəllimini seçib.