![]()
Aslan Atakişiyev 16 avqust 1953-cü ildə Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1981-ci ildə təhsilini başa vuraraq Qubadlı rayonunda müəllimliyə başlayıb, lakin Qarabağ hadisələri başladıqdan sonra vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılaraq cəbhəyə yollanıb. Torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilən Aslan Atakişiyev Laçın rayonunun Mazutlu, Səfiyan, Türklər, Suarası kəndləri istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. O, 1992-ci il 7 avqust tarixində Laçının Susuzdağ yüksəkliyi uğrunda gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ruhu şad olsun!
Subyekt.az