![]()
Abşeronun bu ərazilərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq
Sentyabrın 5-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında yenidənqurma işləri aparılacaq.
Gecə saat 01:00-dan 03:00-dək Masazır qəsəbəsində yerləşən Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələri, “Qurtuluş”, “Baxçalı şəhər”, “Rahat nəfəs” yaşayış kompleksləri, “Zəngilan” şəhərciyinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Subyekt.az