![]()
Respublika Qan Bankının Lənkəran bölməsi və Biləsuvar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
Xüsusi tibb briqadasının həkim-hematoloqları və mərkəzi xəstəxananın tibb heyətinin iştirakı ilə təşkil olunmuş tədbirin məqsədi sağlam həyat tərzinin təbliği və talassemiya, hemofiliya, digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə təşkil olunub.
Rayonun tibbi personalının könüllü olaraq qoşulduğu aksiyada donorların sağlamlıq vəziyyəti öncədən yoxlanılaraq qanvermə prosesinə cəlb olunublar.
Tədbirdə qan donorluğunun faydaları barədə də iştirakçılara ətraflı məlumatlar verilib.

.

.

Subyekt.az