![]()
Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin şagirdi Ağalarova Xədicə doğma Kəlbəcərin bənzərsiz təbiətinə duyduğu sevgini şeirə çevirib.
Əslində bunda təəccüblü heç nə yoxdur. Çünki Kəlbəcər başdan-başa poeziyadır. Təbiətin yaratdığı möhtəşəm gözəlliyi görən hər kəs ruhən şairə, yazıçıya və ya rəssama çevrilir.
Balaca şairəmiz Xədicəyə uğurlar arzulayırıq. İnanırıq ki, o, gələcəkdə öz imzası ilə tanınan istedadlı şairlərdən biri olacaq.
Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin balaca şairəsi —
5-ci sinif şagirdi Ağalarova Xədicə
Ay mənim Kəlbəcərim
Gözəl – gözəl dağların var.
Göyçək- göyçək çayların var
Çoxlu -çoxlu bulağın var.
Hər şeyin var nəyin yoxdu ?
Şapların var, Murovun var
Çoxlu uca dağların var.
Şaplarında gen dərən var
Keyti – Meyti dağın da var.
Hər şeyin var nəyin yoxdur?
İsti suyun məlhəmimiz
Turş suyunda dərmanımız.
Azadlığın uğrunda
Can verən şəhidin var.
Hər şeyin var nəyin yoxdur?
Subyekt.az