![]()
Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda qasırğa nəticəsində evlərə ziyan dəyib, 5 nəfər yaralanıb.
Subyekt.az Sfera.az-a istinadla xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd olunub ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub: “İlkin məlumata görə, bəzi evlərin dam örtüklərinin uçduğu, ağacların və elektrik dirəklərinin aşdığı müəyyən edilib”,- məlumatda qeyd olunub.
Hazırda kəndlərdə dəyən ziyanın qiymətləndirilməsi və təmizlik işlərinə başlanılıb.
Subyekt.az