![]()
Bakıda qətl hadisəsi baş verib.
Subyekt.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb.
Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri – 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə ər-arvad hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Subyekt.az