
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə yanıb. Subyekt.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yüksək temperaturdan bitişik məktəb binasının akt zalının 1 ədəd pəncərəsi əriyib. Kafenin qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Subyekt.az