![]()
Bakıda “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilir.
Konfransda 51 ölkədən 100-dən çox xarici qonaq iştirak edir.
Qeyd edək ki, qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkənin prezidentinin və 1 ölkənin vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 ölkədən sabiq səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, Azərbaycan diasporunun 14 fəal üzvü, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi, 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 ölkəni təmsil edən 3 hökumət şurası üzvü, 8 ölkəni təmsil edən 8 hüquqşünas və hüquq müdafiəçisi 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, iş adamları yer alır.
Həmçinin tədbirdə Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunur.

.

.

.

.

Subyekt.az