
MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, cari ilin yanvar-sentyabr aylarında 4 482 384 vətəndaş ölkə ərazisinə turizm səfəri həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 461 min 789 nəfər çox olub. Bu şəxslər ümumilikdə ilk 9 ayda 18 mln 541 min 185 turizm məqsədli səfər həyata keçiriblər ki, bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% və ya 1 mln 887 min 704 səfər çox deməkdir. Məlumat üçün bildirək ki, 2024-cü ilin ilk 9 ayında ölkə daxilində səfər etmiş şəxslərin hər biri bu müddətdə ortalama olaraq 4,1 dəfə səfər edib.
Subyekt.az