![]()
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Beynəlxalq poçt daşımaları vasitəsilə müxtəlif şəxslərin adına gələn 4 bağlamaya stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müaşahidə olunub.
Əsaslı gömrük yoxlamasına cəlb edilən bağlamalardan gömrük nəzarətindən gizlədilən 7 adda 174 konvalyut və 37 ədəd dərman vasitəsi aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Subyekt.az