![]()
Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı və Yeni Klinikanın dəstəyi ilə hematologiya sahəsində aktual elmi və klinik məsələlərə həsr olunmuş simpozium keçirilib.
Subyekt.az xəbər verir ki, Simpoziumda hematologiya sahəsində çalışan mütəxəssislər, həkimlər və tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə hematologiya üzrə son elmi yeniliklər, müasir diaqnostika və müalicə üsulları, eləcə də hematoloji xəstəliklərin idarə olunmasına dair aktual məsələlər müzakirə olunub.
Çıxışlarda, xüsusilə, leykemiyaların diaqnostikası və müalicəsində müasir yanaşmalar, yeni müalicə strategiyaları və klinik praktikada elmi yeniliklərin tətbiqi məsələlərinə diqqət yetirilib.
Məruzələrdən sonra mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, mütəxəssislərin sualları cavablandırılıb və klinik təcrübənin təkmilləşdirilməsi istiqamətində aktual məsələlər müzakirə edilib.
Simpozium hematologiya sahəsində mütəxəssislər arasında elmi və peşəkar əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və müasir tibbi yanaşmaların müzakirəsi baxımından əhəmiyyətli olub.
Tədbirin sonunda təşkilatçılar məruzəçilərə və simpoziumda iştirak edən bütün mütəxəssislərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, tədbirdən çəkilmiş fotolar təqdim olunur.






#AHMİB #Hematologiya #Bakı
Subyekt.az