Skip to content
25 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ELAN EDİR!
  • Xəbərlər

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ELAN EDİR!

13 May 2024
WhatsApp Image 2024-05-13 at 10.46.13
8

Loading

DİQQƏT! DİQQƏT!

FERMERLƏRİN NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ELAN EDİR!

Vəkil Əziz Qənbərli bununla bağlı, öz sosial şəbəkə hesabında paylaşım edib.

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlərin ikinci mərhələsi başlayır

Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair keçirdiyi təlimlərin ikinci mərhələsi başlayır.

13-14 may  tarixlərində Gəncə şəhərində keçiriləcək təlimlərdə 1110 fermerin iştirakı gözlənilir. Təlimlərə ilkin mərhələdə hər hansı səbəbdən iştirak etməmiş, yaxud qeydiyyatdan gec keçmiş təsərrüfat rəhbərləri cəlb olunub. Fermerlərə təlimlərin yeri və tarixi ilə bağlı SMS-bildiriş göndərilib.

Qeyd edək ki, bundan əvvəl Füzuli və Yevlax rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlim keçirilib. Təlimlərdə 4042 fermer iştirak edib.

ANAMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə azad olunmuş ərazilərdəki dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Təlim iştirakçılarına vizual tanımaq üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib, azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası, buklet, broşür və plakatlar təqdim olunub.

Təlimi başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzalayırlar. Təlimlərdə iştirak etmiş, müvafiq iltizamnaməni imzalamış fermerlər yaylaqlara köç prosesində iştirak edə biləcəklər.

Subyekt.az

Continue Reading

Previous: KƏLBƏCƏRLİ GƏNC DİREKTOR TƏYİN EDİLDİ
Next: Bank kartından 2300 manatının oğurlanıb

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi
  • 47 yaşlı Babək Səmədov saxlanılıb
  • 25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • 25 İyun – Dənizçilərin Peşə Bayramı Günüdür
  • 25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

venesuela
  • Ölkə
  • Xəbərlər

Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi

25 İyun 2026
730498020_874476355710428_7241266504850006031_n
  • Kriminal
  • Ölkə
  • Xəbərlər

47 yaşlı Babək Səmədov saxlanılıb

25 İyun 2026
1
  • Ölkə

25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

25 İyun 2026
728234850_26744701431874864_2948647247671084066_n
  • Tarixdə bu gün
  • Xəbərlər

25 İyun – Dənizçilərin Peşə Bayramı Günüdür

25 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.