![]()
Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin (AHMİB) idarə heyətinin növbəti toplantısı keçirilib. Görüşdə Birliyin 2026-cı il üzrə illik fəaliyyət planı ətraflı şəkildə müzakirə olunub.
Subyekt.az xəbər verir ki, Toplantı zamanı hematologiya sahəsində elmi-tədris tədbirlərinin genişləndirilməsi, gənc mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də pasiyent maarifləndirilməsinə yönəlmiş layihələrin icrası əsas prioritetlər kimi müəyyən edilib. İdarə heyətinin üzvləri planlaşdırılan fəaliyyətlərin icra mexanizmləri, vaxt qrafiki və gözlənilən nəticələr barədə fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, 2026-cı ildə AHMİB-in fəaliyyəti elmi yeniliklərin tətbiqi, praktik səhiyyə ilə əlaqələrin möhkəmləndirilməsi və hematologiya üzrə milli potensialın artırılmasına xidmət edəcək. Müzakirələrin yekununda fəaliyyət planı üzrə təkliflər ümumiləşdirilərək növbəti mərhələlər üçün tapşırıqlar müəyyənləşdirilib.
AHMİB rəhbərliyi qəbul edilən qərarların ölkədə hematologiya sahəsinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
#ahmib #hematologiyamütəxəssisləri #hematologia #hematology
Subyekt.az