![]()
Hadisə ötən gün baş verib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma başlanıb.
İlkin ekspert rəyinə görə, Ali Akşunun ölümünə narkotik vasitə və ya digər zərərli vərdişlər səbəb olmayıb. Ölüm səbəbinin tam aydınlaşdırılması üçün ekspertizanın yekun rəyinin gözlənildiyi bildirilib. Araşdırmalar davam edir.
Əldə etdiyimiz məlumata görə, Ali Akşun müştərilərə yatırımlarının geri qaytarılacağı barədə söz verib, problemin həll olunacağını bildiribmiş.
Qeyd edək ki, bir müddət əvvəl kriptovalyuta alqı-satqısı ilə məşğul olan “Aze Bilişim Finance” MMC-nin – “Azebirja Şirkəti”nin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başladığı barədə məlumat vermişdik.
Subyekt.az