![]()
Azərbaycan yunan-Roma güləşi növbəti böyük uğura imza atıb.
55 kq çəki dərəcəsində mübarizə aparan Emin Cavadlı U20 Avropa çempionatının final görüşündə Ermənistan təmsilçisi Edqar Petrosyan üzərində inamlı qələbə qazanaraq qızıl medala sahib çıxıb.
Gənc güləşçimiz həlledici qarşılaşmada rəqibini **”tuş”**la məğlub edərək Avropa çempionu titulunu qazanıb və Azərbaycanın Dövlət Himnini zirvədə səsləndirib.
Bu möhtəşəm nəticə Azərbaycan güləş məktəbinin növbəti uğuru olmaqla yanaşı, gənc idmançılarımızın beynəlxalq arenadakı yüksək potensialını bir daha nümayiş etdirib.
Subyekt.az kollektivi Emin Cavadlını bu möhtəşəm qələbə münasibətilə təbrik edir, ona gələcək yarışlarda da yeni-yeni uğurlar arzulayır.
Subyekt.az