![]()
Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edib. Bu barədə azərbaycanlı diplomat şəxsi hesabında yazıb. “Azərbaycanın dost qonşusu və mühüm tərəfdaşı olan Gürcüstanın Müstəqillik Günü bayramı tədbirində iştirak etməkdən çox məmnunam. Dostum [Gürcüstan səfiri] İrakli Xutsuraulini Gürcüstanın zəngin mədəniyyətini və milli mətbəxini mükəmməl təqdim etdiyi üçün təbrik edirəm”, – o qeyd edib.
Subyekt.az