![]()
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü sentyabrın 16-da Yeni Suraxanı qəsəbəsində yerləşən 101 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
Subyekt.az xəbər verir ki, Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
RİH başçısı Adil Əliyev çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.











Subyekt.az