![]()
Avqustun 1-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevlə vida mərasimi baş tutub.
Mərhumun cənazəsinin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət qurumları adından əklillər düzülüb.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Xalq artistləri Mənsum İbrahimov və Vamiq Məmmədəliyev çıxış edərək, böyük sənətkarın Azərbaycan musiqi mədəniyyətində oynadığı rolu vurğulayıblar.
Vida mərasimində mərhumun həmkarları, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, deputatlar və sənətsevərlər iştirak ediblər.
Arif Babayevin cənazəsi Beynəlxalq Muğam Mərkəzindən Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.
Allah rəhmət eləsin.

.

.

.

.

.

.

.

.

Subyekt.az