Skip to content
25 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib
  • Xəbərlər

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib

05 Aprel 2024
WhatsApp Image 2024-04-05 at 15.32.04
6

Loading

Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun və Salyan rayonunun inzibati ərazilərində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 4312,56 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2024-cü il

Continue Reading

Previous: Yaşayış yerini müvəqqəti dəyişən şəxs nə etməlidir?
Next: İlham Əliyev: Brüsseldəki görüş ölkəmizi təcrid etmək məqsədi güdür

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • 25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • İran-Azərbaycan sərhədində ƏMƏLİYYAT: PUA zərərsizləşdirildi
  • Nazir Anar Əliyev Salyanda vətəndaşları qəbul edib
  • Fövqəladə Hallar Nazirliyinin gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
  • İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

730332557_1000531149267840_6189689290590127798_n
  • Ölkə

25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

24 İyun 2026
screenshot_3_01
  • Kriminal
  • Ölkə
  • Xəbərlər

İran-Azərbaycan sərhədində ƏMƏLİYYAT: PUA zərərsizləşdirildi

24 İyun 2026
1
  • Ölkə
  • Xəbərlər

Nazir Anar Əliyev Salyanda vətəndaşları qəbul edib

24 İyun 2026
729964755_1538142791202587_4244996679865443186_n
  • Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti

24 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.