![]()
Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Fikrət Əhmədəli oğlu Əliyev “Şöhrət” ordeni, Dilarə Bağır qızı Seyidzadə, Vaqif Bilas oğlu Şadlinski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Sərəncamla Həsən Zal oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Subyekt.az