![]()
Azərbaycan Atletika Federasiyasında 2025-ci ilin idman yekunlarına həsr olunmuş hesabat konfransı təşkil olunub. Tədbirdə federasiyanın il ərzində həyata keçirdiyi fəaliyyət, əldə olunan nailiyyətlər, beynəlxalq və yerli yarışlardakı nəticələr barədə geniş hesabat təqdim edilib.
Subyekt.az xəbər verir ki, Konfrans zamanı atletikanın inkişafı istiqamətində görülən işlər, idmançıların hazırlıq prosesi, gənclərin bu sahəyə cəlb olunması və qarşıdakı dövr üçün prioritet hədəflər müzakirə olunub. Qeyd edilib ki, 2025-ci il Azərbaycan atletikası üçün mühüm nailiyyətlərlə yadda qalıb.
Tədbirin sonunda 2025-ci ilin yekunlarına əsasən fərqlənən idmançılar, məşqçilər və atletikanın inkişafına töhfə verən şəxslər mükafatlandırılıb. Federasiya rəhbərliyi idmançıların göstərdiyi əzmkarlığı yüksək qiymətləndirərək, gələcək illərdə daha böyük uğurlara imza atılacağına əminliyini ifadə edib.
Çıxışlar zamanı bildirilib ki, 2026-cı ilin Azərbaycan idmançıları üçün daha uğurlu və düşərli illərdən biri olacağı gözlənilir. Bütün atletlərə yeni mövsümdə bol nailiyyətlər və qələbələr arzulanıb.







Rövşən Hüseynli
Subyekt.az