![]()
Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayon Pirşağı bələdiyyəsinin inzibati binasında qəsəbə sakinlərinin növbəti qəbulunu keçirib. Qəbul zamanı vətəndaşlar əsasən məişət şəraitinin yaxşılaşdırılması, əhalinin asudə vaxtının səmərəli təşkili, Pirşağı Mədəniyyət Evinin əsaslı təmiri, bəzi küçələrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və digər vacib məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Subyekt.az xəbər verir ki, Qaldırılan bütün məsələlər qeydə alınıb və aidiyyəti qurumlara təqdim olunması üçün müvafiq qaydada sənədləşdirilib.
Deputat Azər Allahverənov əvvəlki qəbulda səslənmiş bəzi müraciətlərin artıq müsbət həllini tapdığını bildirib. O, həmçinin vurğulayıb ki, vətəndaşların problemlərinə həssas yanaşılır, bu istiqamətdə yerli icra hakimiyyəti orqanları və kommunal xidmətlərlə sıx əməkdaşlıq olunur.


Milli Majlis
Sabunçu Rayon İcra Hakimiyyəti
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Subyekt.az