Skip to content
19 İyun 2025
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”
  • Xəbərlər

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”

19 Aprel 2024
IMG-20240419-WA0016
4

Loading

Mədəniyyət Nazirliyi yanında İctimai Şura Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib. Tədbirdə kitabxana əməkdaşları, İctimai Şura üzvləri, sahə mütəxəssisləri və b. iştirak edib.

Tədbir iştirakçıları öncə kitabxana ilə yaxından tanış olub. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qənbərova qonaqlara kitabxananın yaranma tarixi, inkişafı, mövcud fondu, şöbələri barədə geniş bilgi verib, uşaqların oxu mədəniyətinin artırılması və onların həyatında kitabın rolu haqqında fiklirlərini bölüşüb: “Əsas məqsədimiz kitab xəzinəmizi qorumaq, uşaqlara sevdirmək və gələcək nəsillərə bu gələnəyimizi doğru-düzgün şəkildə ötürməkdir”.

Tədbirin aparıcısı – Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı müzakirə olunan mövzu ilə bağlı aparılan dövlət siyasəti, görülən işlər və mövcud problemlərdən danışıb. O, öz çıxışında çağdaş uşaq ədbiyyatının janr problemlərindən söz açıb, qalib ölkənin uşaqları üçün ruhlandırıcı əsərlərin yazılması kimi məsələlərə toxunub.

Digər çıxışçılar – İctimai Şuranın sədr müavini Vüqar Qədirli, İctimai Şura üzvləri – filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər, Samirə Mustafayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli, Xanoğlan Əhmədov uşaq oxusunun durumu, dünya uşaq ədəbiyyatından tərcümə problemləri və s.-dən danışıblar.

Tanınmış şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlil, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, uşaq yazıçısı, şair-tərcüməçi Sevinc Nuruqızı, Respublika Uşaq Kitabxanasının Elmi işlər üzrə direktor müavini, Əməkdar Mədəniyyət işçisi, uşaq yazarı Zahirə Dadaşova, ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Şöhrət Məmmədova, Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə və b. “Çağdaş uşaq ədbiyyatının janr problemləri: uşaqlar üçün irihəcmli əsərlər niyə yazılmır?”, “Bu gün üçün uşaq ədəbiyyatının oxusu hansı səviyyədədir?”, “Oxunun səviyyəsini qaldırmaq üçün hansı kütləvi tədbirlərə ehtiac var?”, “Bölgələrdə uşaq oxusunun durumu”, “Dünya uşaq ədəbiyyatından tərcümə problemləri. Tərcümə edilən əsərlərin uşağın inkişafına təsiri”, “Kiçikyaşlı uşaqlar üçün bədii örnəklər niyə yazılmır?”, “Müəllifli uşaq şeirləri, sanamalar, yanıltmaclar, nazlamalar, oxşamalar, laylalar kimi janrların sıradan çıxmaması üçün hansı tədbirlər görülməlidir?”, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün ədəbi örnəklərin seçilməsi, nəşri problemləri” mövzuları üzrə çıxış edib.

Çıxışçılar müvafiq mövzular üzrə əldə edilən uğurlardan, müşahidə olunan qayğılardan, uşaq ədəbiyyatı oxusunun mövcud durumundan, uşaqlarda oxu səviyyəsinin yüksəldilməsi yönündə hansı tədbirlərin görülməli olmasından, kiçikyaşlılar üçün günün tələblərinə, çağırışlara cavab verən bədii örnəklərin azlığından və b. həllivacib məsələlərdən, problemlərdən danışıb, müxtəlif təşəbbüs və təkliflərlə çıxış ediblər. Çıxışlarda həmçinin, Respublika Uşaq Kitabxanasının “Uşaq kitab karvanı” layihəsinin bərpasının vacibliyinə vurğu edilib.

Müzakirələrin sonunda qərara alınıb ki, tədbirdə səslədirilən mövcud problemlərin Elm-Təhsil Nazirliyi və Gənclər-İdman Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura üzvləri ilə birlikdə, habelə digər platformalarda müzakirəsi məsələsinə baxılsın.

Subyekt.az

Continue Reading

Previous: İsfahanda partlayış; Amerika rəsmiləri İsrailin hücumunu açıqlayıb
Next: AÇIQ MƏKTUB

Arxivlər

İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May    

Son Yazılar

  • Bir müddət əvvəl İran hökumətinə məxsus iki təyyarə ölkəni tərk edib
  • Sabah 34 dərəcə isti olacaq
  • Azərbaycan Prezidenti İlham Əliyev sabah Türkiyəyə səfər edəcək
  • “Putinə dedim ki, sən öz işinlə məşğul ol” – Tramp qəzəbləndi 
  • Quba rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Dünya

Bir müddət əvvəl İran hökumətinə məxsus iki təyyarə ölkəni tərk edib

18 İyun 2025
gün
  • Ölkə

Sabah 34 dərəcə isti olacaq

18 İyun 2025
1
  • Ölkə
  • Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev sabah Türkiyəyə səfər edəcək

18 İyun 2025
2
  • Dünya

“Putinə dedim ki, sən öz işinlə məşğul ol” – Tramp qəzəbləndi 

18 İyun 2025
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə