Skip to content
07 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • AÇIQ MƏKTUB
  • Xəbərlər

AÇIQ MƏKTUB

19 Aprel 2024
IMG-20240419-WA0023
10

Loading

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN VƏ MƏHKƏMƏ HÜQUQ ŞURASININ SƏDRİ CƏNAB İNAM KƏRİMOVA 

AÇIQ MƏKTUB

Hörmətli İnam müəllim!

Məni tanıyan hər kəs bilir ki, həqiqəti və haqqı deməkdən zərrə qədər geri durmamışam. Bəzi reallıqları nəzərə alaraq etiraf edim ki, hər hansı bir məsələ ilə bağlı açıqcasına haqqı deyə bilmədiyim məqam olsa da həmin iş üzrə də haqsızlığa alət də olmamışam. Siz Ali Məhkəməyə təyin ediləndən və Məhkəmə Hüquq Şurasına sədr seçiləndən sonra Məhkəmə sistemində az müddətdə möhtəşəm islahatların şahidi olmuşuq. Bu hal məni sevindirir və 12.10.2022-ci il tarixdə verdiyim qərara (cinayət işlərinə çıxmamaqla bağlı) yenidən baxmağa həvəsləndirir.

Təvazökarlıqdan uzaq olsa da öz peşəmi layiqincə yerinə yetirən və savadına güvənən bir vəkiləm, lakin 2022-ci ilin oktyabr ayından cinayət işləri üzrə insanların hüquqlarını müdafiə etməyi müvəqqəti olaraq dayandırmışam. Bunun da başlıca səbəbi bəzi məhkəmə “hakimlərinin” öz vəzifələrini ittiham aktını natariusun etibarnamə təstiq etdiyi kimi təstiq etməsi ilə bağlı olmuşdur. Həmin hakimlər özlərinin öz vəzifələrinə hörmətsizliklə bərabər onları bu vəzifəyə təyin edən cənab Prezidentimiz qarşısında olan məsuliyyətlərini dərk etmirlər. Ona görə də mən  12.10.2022-ci il tarixdən icraatımda olan köhnə cinayət işləri istisna olaraq heç bir cinayət işinə çıxmamışam.

Qeyd etdiyim kimi köhnədən icraatımda olan bir iki cinayət işləri var ki, həmin işin biri də 24.04.2024-cü il tarixdə Ali Məhkəməsinin cinayət kollegiyasında baxılacaqdır. Həmin işin nömrəsi 1-1(102)-18/2024-dür. Həmin iş hərbi cinayətlər kateqoriyasına aiddir. Mən həmin işi istənilən özünəgüvənən hüquq alimi, savadlı vəkil, hakim ilə diskusiya etməyə və müdafiə etdiyim şəxsə verilmiş ittihamın haqsız ittiham olmasını sübut edə bilərəm. O zaman sual edəcəksiniz ki, buyur Məhkəmədə sənə geniş imkanlar yaradılacaq hakimləri inandır və sübut elə. Ona bəri başdan cavab olaraq bildirirəm ki, atalarımız yaxşı deyib ki “PİR MƏNİMDİR KƏRAMƏTİNƏ BƏLƏDƏM”. Ali Məhkəmənin Cinayət Kollegiyasına, ümumiyyətlə cinayət kollegiyalarının kəramətinə bələd vəkil olaraq narahatçılığımın səbəbi şablon məhkəmə prosesi keçirilməsindən ibarətdir.

Qeyd etdiyim kimi həmin iş hərbi cinayətlər kateqoriyasına aid olduğu üçün detallı şəkild burada qeyd edə bilirəm. Sizdən xahiş edirəm həmin işi nəzarətə götürəsiniz. Mənim kassasiya şikayətimi özünüzün şəxsi nəzarəti ilə müzakirəsini təşkil edəsiniz. Mənim kassasiya şikayətində qeyd etdiyim ziddiyyətlərin iki inistansiya məhkəməsində nəzərə alınmamasını öz gözlərinizlə görəcəksiniz. Nəticə barədə mənə heç bir məlumat vermədən müzkirədə iştirakımı təmin edərək məni ilk öncə dinləməyinizi və məni dilədikdən sonra mənim iştirakım olmadan müzkirələri davam etdirsəniz şad olaram. Məni narahat edən əsas məqamlardan biri də MƏHKƏMƏ TARİXİNƏ QARA LƏKƏ KİMİ DÜŞƏN “TƏRTƏR İŞİNƏ” BAXAN TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ BU İŞİ ARAŞDIRMIŞDIR. Həmin hökmlər üzrə iş Ali Məhkəməyə kimi baxılmış və yekun qərar qəbul edilmiş olsa da sonradan ictimailəşəndən sora yeni hallar üzrə işə baxılmış və bir neçə nəfər də bəraət almaları hər birimizə məlumdur.

Hörmətli İnam müəllim! 

Qoca ata ananın bir oğul övladı, Vətən Müharibəsi iştirakçısı bir Qazinin günahsız yerə həbsinə göz yummayacağınıza, mənim bu açıq məktubuma bganə qalmayacağınıza əminəm. Həm vəkil, həm də Tanrıya inanan insan olaraq mən öz vəzifəmi layiqincə yerinə yetirərək hüquqi müdafiə vasitələrindən əlavə açıq məktubla Sizə müraciət edərək bu iş üzrə vicdanımın son vəzifəsini yerinə yetirmiş oldum. Mən əminəm ki, bu iş üzrə veriləcək qərar mənim də 12.10.2022-ci il tarixdə verdiyim qərara yenidən baxılmasına vəsilə olacaqdır.

Əvvəlcədən təşəkkür edirəm.

Hörmətlə!

Vəkil Əziz Qənbərov

Continue Reading

Previous: “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”
Next: Lavrov 4 kəndlə bağlı: “Paşinyan hamını inandırır ki…”

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Azov dənizində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı XİN-dən AÇIQLAMA
  • Türkiyədə sel FƏLAKƏTİ: Ölən və yaralananlar var
  • Saxlanılan “jurnalistlər” 130 min manat ödəyib azadlığa buraxılıb
  • Paşinyan Annasız səs verdi
  • Xalq artistinin oğluna yüksək vəzifə verildi

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

azerbaycan_xin
  • Ölkə
  • Xəbərlər

Azov dənizində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı XİN-dən AÇIQLAMA

07 İyun 2026
1779466611619-a095031f1269-da-q-n-sel
  • Dünya
  • Hadisə

Türkiyədə sel FƏLAKƏTİ: Ölən və yaralananlar var

07 İyun 2026
reket_jurnalistler
  • Ölkə
  • Xəbərlər

Saxlanılan “jurnalistlər” 130 min manat ödəyib azadlığa buraxılıb

07 İyun 2026
screenshot_2
  • Dünya
  • Xəbərlər

Paşinyan Annasız səs verdi

07 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.