
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə ,Paytaxtın Nizami rayonu ərazisində “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunan 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Subyekt.az