![]()
2004-cü ildən etibarən hər il avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində böyük uğurlara imza atmış professor, mikrocərrah-oftalmoloq, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.
Beynəlxalq Oftalmologiya Gününün təsis edilməsi ideyası isə Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, məhz həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib.
Subyekt.az