YAP-çı deputat Anar Məmmədov Tərtər rayonunda Səhləbad kənd şəhidi Mehrac Mahmudovun ailəsində olub, ailənin qayğı və ehtiyacları ilə maraqlanıb.
Subyekt.az xəbər verir ki, görüşdə millət vəkili ilə yanaşı, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edib.
Şəhidin övladı ilə söhbət zamanı şəhidin şərəfli həyat yolundan danışılıb. Anar Məmmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini bildirərək ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi işlərin Tərtərdə də davam etdirildiyini qeyd edib.
Görüş zamanı şəhid oğlunun müraciəti də öz həllini tapıb.
Mehrac Mahmudovun oğlu Ziya Mahmudov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
#MilliMəclis #AnarMəmmədov
#Subyekt.az