![]()
Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə dünya çempionatının ikinci günü keçirilir.
Milli Paralimpiya Komitəsindən Subyekt.az AZƏRTAC-a istinadən verilən məlumata görə, K44 kateqoriyası, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov bürünc medal qazanıb.
Paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolja Grabe, 1/4 finalda isə türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda meksikalı Juan Garcia ilə qarşılaşan İmaməddin Xəlilov rəqibinə məğlub olub.
Subyekt.az