![]()
Qubada 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Subyekt.az apa-ya istinadla xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Orxan Sultanlı saxlanılıb. Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Orxan Sultanlı barəsində həbs qətimkan tədbiri seçilib.
Subyekt.az